Kanadada ilin ən yaxşl futbolçusu bəlli oldu

31.12.2022 20:30 281
Dünya futbolu
Alfonso Devis Kanadada ilin ən yaxşı futbolçusu seçilib.

Football-plus.az xəbər verir ki, Kanada Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatında “Bavariya”nın müdafiəçisinin bu nominasiyada son 5 ildə 4-cü dəfə qalib seçildiyi bildirilib.

Qeyd edək ki, 22 yaşlı Devis 2022-ci ildə “Bavariya” ilə bundesliqada və Almaniya Superkubokunda qalib gəlib. O, Kanada yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.