"Şəfa" Misli premyer-liqasının 8-ci turunda səfərdə "Şamaxı"ya məğlub oldu - 2:3.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Acınacaqlı məğlubiyyət oldu. Bütün məğlubiyyətlər adama pis təsir edir. Amma bu daha çox təsir etdi. Uşaqlar pis oynamadılar. Öz səhvlərmizdən qollar buraxdıq. Oyunumuzu detallı şəkildə təhlil etdikdən sonra məğlubiyyətin səbəbini biləcəyik.
- Hesabda öndə olsanız da, sonda uduzdunuz. Bunun səbəbi nədi?
- 2:0 öndə olarkən fürsətləri dəyərləndirə bilımədik. Gözləmədiyimiz səhvlər etdik.
- Son dəqiqələrdə qapınıza verilən penalti barədə fikriniz necədi?
- İsti-isti cavab vermək istəmirəm. Məncə, toxunuş var idi.
"Acınacaqlı məğlubiyyət oldu" - Zaur Həşimov
Ölkə futbolu / Manşet





