KONKAKAF ötən ilin ən yaxşı futbolçusunu açıqladı

8.02.2023 13:09 317
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində (KONKAKAF) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Football-plus.az xəbər verir ki, Kanada millisinin oyunçusu, Almaniyanın “Bavariya” klubunun sol cinah müdafiəçisi Alfondo Deyvis səsvermə zamanı bütün rəqiblərini qabaqlayıb.

KONKAKAF-da ilin ən yaxşı gənc futbolçusu adına isə ABŞ yığmasının və İspaniyanın “Valensiya” klubunun 21 yaşlı yarımmüdafiəçisi Yunus Musa layiq görülüb.