• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” “İnter”in rəqibi oldu - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

18-05-2023, 00:0

Avrokuboklarda final ərəfəsindəki son həftəyə qədəm qoyuruq.

"Football-plus.az" xəbər verir ki bu gün “Mançester Siti” “Real”la qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə nəticələnib.

Dünən isə “Milan” əzəli rəqibinə qarşı dueldə geridönüş etməyə çalışıb. Lakin bu, mümkün olmayıb.

yarımfinal, cavab oyunları
17 may

Mançester Siti – Real
4:0
Bernardo Silva, 23, 37, Eder Militao, 75 (ö.q.), Xulian Alvarez, 90+1
Hakim: Şimon Marçinyak (Polşa)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +3=3-3
İlk oyun – 1:1

Çoxları “Mançester Siti”nin artıq “Santyaqo Bernabeu”da qalib gələrək cavab oyununa intriqa saxlamayacağını iddia edirdi. Amma “Real” növbəti dəfə göstərdi ki, ÇL-i qazanmaq istəyən onlarla hesablaşmalıdı. Düzdü, De Bruynenin qolu Madrid nəhənginə qalib gəlməyə imkan vermədi. Amma ən azı “Blankos”un şansı davam edir. Karlo Ançelottinin komandası son qalib statusunda olmasına və bu turniri 14 dəfə qazanmasına baxmayaraq, heç kimə heç nəyi elə-belə hədiyyə vermir. “Siti” finala yüksəlmək istəyirsə, güclü olduğunu ev matçında sübut etməli və qalib gəlməlidi.
“Real”ın müdafiəsi ilk oyunda hər nə qədər Holannın öhdəsindən gəlsə də, Militao həmin görüşdə cəza üzündən oynamırdı.

Bu dəfə müdafiənin dirəyi sayılan braziliyalı futbolçu heyətdə olacaq. Onun qayıtması ilə birlikdə Alaba sol cinaha, Kamavinqa yarımmüdafiənin mərkəzinə çəkiləcək və Valverde sağ vinger mövqeyində oynayacaq. Rodriqo isə çox güman, Ançelottinin “cokeri” olacaq və ikinci hissədə meydana çıxacaq. Hərçənd Kamavinqa La Liqanın son oyununda zədələnərək əvəzlənib. Bu üzdən onun ehtiyatda qalmaq ehtimalı da var. Maraqlıdı ki, “Real” indiyə qədər ÇL-in yarımfinalında cəmi 2 dəfə ilk görüşdə qalib gələ bilmədiyi halda finala yüksəlib və hər iki halda da rəqib “Mançester Siti” olub! Amma bu duellərin hər ikisində də cavab oyunu “Bernabeu”da keçirilib. Söhbət 2015/16 və ötən mövsümdən gedir. 2015/16-da səfərdəki qolsuz bərabərlikdən sonra “Real” evdə minimal hesabla üstün olmuşdu. Ötən mövsüm isə tarix kitablarına düşəcək geridönüşü, yəqin ki, gözəl xatırlayırsız.

“Şəhərlilər” evdəki 4:3-lük qələbədən sonra Madriddə 90-cı dəqiqəyə qədər 1:0 öndə olsalar da, finala yüksəlməməyə “özlərində güc tapdılar”! İngiltərədə keçirdiyi son 2 oyunda “Liverpul” və “Çelsi” üzərində parlaq qələbələr qazanan “Real” ardıcıl 3-cü dəfə “Dumanlı Albion”u fəth etməyə çalışacaq. Amma statistika Madrid nəhəngi üçün yaxşı heç nə vəd etmir. Xosep Qvardiolanın komandası budəfəki qarşılaşmaya avrokuboklarda evdəki 25 oyunluq məğlubiyyətsiz seriya ilə çıxır (23 qələbə, 2 heç-heçə). Bu, İngiltərə klubları arasında yeni rekorddu. Bura “Siti”nin evdə İspaniya klublarına qarşı 5 oyunluq qələbə və 7 oyunluq məğlubiyyətsiz seriyalarını da əlavə etmək olar.

Ümumilikdə “şəhərlilər” evdə İspaniya klublarına qarşı 13 oyunun yalnız 2-də uduzublar və hər iki halda da məğlubiyyət “Barselona” ilə oyunda qeydə alınıb. “Siti” avrokubokların pley-offuna 8 dəfə səfərdə heç-heçə etməklə başlayıb və bunların hamısında (!) mərhələni adlayıb. Ən son bu hadisə bu mövsüm 1/8 finalda “Leyptsiq”lə dueldə baş verib (səfərdə 1:1, evdə 7:0). “Real”ın tarixində avrokubokların pley-offunda evdəki ilk oyunda qalib gələ bilməməsi faktı daha öncə 10 dəfə baş verib. Maraqlıdı ki, komanda bunların yalnız ikisində mərhələni adlayıb və hər iki halda da rəqib yenə Mançester təmsiçisi olub. Söhbət “Mançester Yunayted”ə qarşı 1999/00-də ÇL-in 1/4 finalında (evdə 0:0, səfərdə 3:2) və 2012/13-də ÇL-in 1/8 finalında (evdə 1:1, səfərdə 2:1) baş tutan duellərdən gedir.

16 may
İnter – Milan 1:0

Lautaro Martinez, 74
Hakim: Kleman Turpen (Fransa)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +1=2-2
İlk oyun – 2:0

“Milan”ın əvvəlki mərhələlərdə “Tottenhem” və “Napoli” ilə oyunlarda necə müdafiə olunduğunu nəzərə alsaq, “İnter”lə qarşılaşmanın ilk 11 dəqiqəsində iki top buraxması gözlənilməz oldu. “İnter”in son vaxtlar “Milan” önündə psixoloji üstünlüyə malik olması ötən həftədəki matçda da özünü göstərdi. Yarımfinalın ilk oyununa qədər “neradzurra” 2023-də artıq 2 dəfə “Milan”ı məğlub etmişdi. Özü də hər iki halda qol buraxmadan. “Milan” fanatları üçün sevindirici xəbər Rafael Leaonun zədəsini sağaldaraq oynamağa hazır olmasıdı. İlk görüşü zədə üzündən buraxmalı olan portuqaliyalı vinger “Milan”ın bu mövsüm “İnter”i məğlub etdiyi yeganə qarşılaşmada parlaq oyun nümayiş etdirib.

Sentyabrın əvvəllərində A seriyasının 5-ci turunda “Milan” 3:2 hesabıyla qalib gələrkən Leao hesabına 2 qol, 1 məhsuldar ötürmə yazmışdı. Amma bu dəfə tək Leaoya yox, müdafiə xəttinə də böyük iş düşəcək. Çünki “Milan” 0:2-dən sonra finala vəsiqə qazanmaq istəyirsə, komandanın praktiki olaraq qol buraxmağa haqqı yoxdu. Son 7 rəsmi oyunda qalib gələn “İnter” əla formadadı. Simone İnzaqinin kollektivi bu mövsüm ÇL-də artıq 7 oyunda qapısını toxunulmaz saxlayıb. Bu, klubun yeni rekordudu! Bu faktı nəzərə alanda “Milan”ın işi çox çətin görünür.

20 il əvvəlki duellərlə müqayisədə “İnter” artıq indidən bir ilkə imza atıb. Çünki həm 2002/03-ün yarımfinalında, həm də 2004/05-in 1/4 finalında “İnter” “Milan”a qarşı (səfərdəki) ilk oyunda qalib gəlmək bir yana, heç qol da vura bilməmişdi. “İnter” son illərdə ÇL-də ev oyunlarında o qədər də inamlı təsir bağışlamır. Təsadüfi deyil ki, komanda bu turnirdə fanatları önündə keçirdiyi son 17 qarşılaşmanın yalnız 6-da qalib gəlib (6 heç-heçə, 5 məğlubiyyət). Bundan əvvəlki mərhələdə də “İnter” “Benfika” ilə cavab oyununa 2 topluq üstünlüklə çıxmış və qələbəyə həsrət qalsa da (3:3), istəyinə çatmışdı. “İnter” tarixi ərzində avrokubokların pley-offuna 19 dəfə səfər qələbəsi ilə başlayıb. Milanlılar bunların 18-də mərhələni adlayıb. Yeganə uğursuzluq 1988/89-da UEFA kubokunun 1/8 finalında - “Bavariya” ilə dueldə yaşanıb (səfərdə 2:0, evdə 1:3).

“Milan”ın əleyhinə olan ən mühüm amil komandanın ÇL-in pley-offunda səfərdə keçirdiyi son 10 matçın hamısında qələbəyə həsrət qalmasıdı (4 heç-heçə, 6 məğlubiyyət). Son qələbə 2006/07-nin 1/4 finalında Münhendə “Bavariya”ya qarşı oyunda əldə olunub (2:0). “Rossonyerlər” finala vəsiqə qazansalar, 68 ildən sonra bir ilkə imza atacaqlar. Məsələ burasındadı ki, komanda indiyə qədər avrokubokların pley-offuna 8 dəfə ev məğlubiyyəti ilə başlayıb və bunların yalnız birində mərhələni adlayıb. Bu hadisə 1955/56-da ÇK-nın 1-ci mərhələsində Almaniya təmsilçisi “Saarbrükken”lə dueldə baş verib. Bu, eyni zamanda “Milan”ın avrokuboklardakı ilk oyunları idi. O vaxt komanda evdə 3:4 hesabıyla uduzandan sonra səfərdə qalib gəlmişdi (4:1).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2023, 13:0

''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

Manşet / Çempionlar Liqası

10-05-2023, 00:0

Madriddə qollu heç-heçə - YENİLƏNİB

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Manşet / Çempionlar Liqası

11-05-2023, 00:0

Derbidə sevinən tərəf “İnter” oldu - YENİLƏNİB

Dünya futbolu

14-03-2023, 18:0

Milan Şkrinyar sıraya döndü

Dünya futbolu

11-05-2023, 20:0

“İnter” oyunçusuna qiymət qoydu

Aktual
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
Son xəbərlər
  • Bu gün, 18:40
    La Liqada gözlənilən istefa
  • Bu gün, 17:37
    “Liverpul”u tərk edəcək
  • Bu gün, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Bu gün, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Bu gün, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Bu gün, 15:36
    Veremeyev də göndərildi
  • Bu gün, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Bu gün, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
  • Bu gün, 14:03
    “Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
  • Bu gün, 13:30
    Əziz Yıldırım sabiq niderlandlı ulduzu ''Fənər''ə geri qaytarır
  • Bu gün, 13:00
    Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
  • Bu gün, 12:30
    Əziz Yıldırım Kocamanın ''Fənər'' üçün dəyərini xatırlatdı
  • Bu gün, 11:59
    Millimiz Fransaya qarşı
  • Bu gün, 11:20
    PSJ ardıcıl ikinci, “Arsenal” tarixinin ilk titulunu qazana bilər
  • Bu gün, 10:49
    "Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
  • Bu gün, 10:03
    Bu klub Fatidən razıdı
  • Dünən, 23:58
    İran Antalyada qələbə qazandı
  • Dünən, 23:26
    “İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
  • Dünən, 23:00
    “Qələbə qazanmağa gəlmişdik” – Abbe Usman
  • Dünən, 22:34
    Nərimanın forması Budapeştdə nümayiş etdirilir
  • Dünən, 22:03
    "Şamaxı"da 11-ci ayrılıq
  • Dünən, 21:32
    Əli Səmədov daha iki il "Kəpəz"də - RƏSMİ
  • Dünən, 21:21
    Murad Məmmədov “Pafos”a nə vaxt qoşulacaq? – “mənə belə deyiblər”
  • Dünən, 20:35
    Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
  • Dünən, 20:04
    Jezuş Səudiyyə Ərəbistanından rəsmən ayrıldı - Türkiyəyə gələcəkmi?
  • Dünən, 19:33
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • Dünən, 19:02
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • Dünən, 18:31
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • Dünən, 18:01
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • Dünən, 17:40
    Yankoviç yığmaya dəvət aldı
  • Dünən, 17:19
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • Dünən, 17:00
    Romadan Milana üz tuta bilər
  • Dünən, 16:29
    Modriç üçün həqiqət anı
  • Dünən, 15:58
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
  • Dünən, 15:27
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 356
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 259
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 194
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 193
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə