Qvardiola: ''ÇL-i qazanmaq üçün ilk növbədə ''Real''ı yenməlisən''

21.04.2023 21:51
Dünya futbolu
Futbol dünyası indidən ''Real'' ilə ''Mançester Siti'' arasında Çempionlar Liqasının yarımfinalında baş tutacaq növbəti dueli səbirsizliklə gözləyir.

"Football-plus.az" xəbər verir ki, ilk oyun mayın 9-da ''Santyaqo Bernabeu''da keçiriləcək. Xatırladaq ki, ötən mövsüm Madrid nəhəngi məhz elə yarımfinalda Xosep Qvardiolanın komandası ilə oyunda inanılmaz geridönüş edərək finala adlamış və 14-cü dəfə Avropanın ən böyüyü olmuşdu. Bu dəfəki duel ilə bağlı Qvardiola maraqlı fikir səsləndirərək bunları deyib:
''ÇL-də qalib gəlmək istəyirsənsə, mütləq ''Real''ı yenməyi bacarmalısan. Fikrimcə, bu turnirdə oynayan hər bir komanda məhz bu cür düşünür. Əvvəllər ÇL-i qazanmaq üçün ''Barselona''nı yenməli idin. Amma indi bu klub ''Real''dı''. Biz cəmi 3-cü dəfədi yarımfinala yüksəldik (öz dönəmini nəzərdə tutur). Amma ''Real'' son 13 ildə 11-ci dəfə yarımfinalda oynayacaq. Bu, sadəcə inanılmazdı''.