• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tofiq Bəhramov”da qardaşlıq rüzgarı əsdi - YAZI

Manşet / Yazarlar

17-05-2023, 16:0

Azarkeşlər martın 26-da keçirilən "Qarabağ" - "Qalatasaray" (1:2) matçından sonra ikinci dəfə qardaşlıq oyununa şahidlik etdi. Bu dəfə "Beşiktaş"la "Sabah" üz-üzə gəldi. Görüş futbolsevərlər tərəfindən həyacanla gözlənilirdi. Əldə olunacaq gəlirin zəlzələdən zərərçəkənlərə göndərilməsi də Azərbaycanla Türkiyə arasındakı özünəməxsus bağın növbəti göstəricisi idi.

Mayın 12-də İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanmışdı. Fanatlar komandanı və klub rəsmilərini "Hilton" otelinə qədər müşayiət etmişdilər. Qardaşlıq oyunundan əvvəl isə hər iki klubun rəhbərləri arasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyevlə PFL prezidenti Elxan Səmədov da iştirak etdi. Dostluq yeməyindən sonra "Beşiktaş"ın vitse-prezidenti Engin Baltacı "Sabah"ın prezidenti Maqsud Adıgözəlova "Beşiktaş"ın formasını bağışlayıb. Daha sonra klubların rəsmiləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib...

Azarkeşlər start fitinə az qalmış stadiona axışmağa başladı. Asayiş keşikçiləri ciddi yoxlamadan sonra növbədə duranları içəri buraxırdı. Tribunalarda qaldırılacaq plakatlar, əşyalar tək-tək nəzərdən keçirilirdi. Xüsusilə qeyd edim ki, qardaşlıq matçını izləmək istəyənlərə həm də Türkiyə bayraqları paylanırdı. "Qalatasaray" - "Qarabağ" matçından fərqli bu dəfə "Fənərbaxça" və "Trabzonspor"un formalarını geyən azarkeşlərin sayı da az deyildi. Komandalar isə meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxdı. Üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunan, həmçinin "Bir millət, iki dövlət!" şüarı yazılan nəhəng pankart da açıldı. Hər iki dövlətin himni səslənərkən azarkeşlər bir nəfər kimi ayağa qalxdı.

Stadionda əsl futbol bayramı yaşanırdı. Azarkeşlərin hər dəfə 44-cü dəqiqədə səsləndirdiyi "Şəhidlər ölməz, vətən bölünməz" şüarı bu dəfə ilk dəqiqələrdə tribunaları ağuşuna aldı. Qardaşlıq oyunu "Sabah"ın vurduğu iki ardıcıl qolla başladı. "Soldati di Sabah" fanklubu bu dəfə də komandanı tək qoymamışdı. Tribunaların əksəriyyətinin "Beşiktaş" azarkeşi olduğu hiss olunsa da, fanklub son ana qədər varlığını hiss etdirdi. Aleksey Kaşukun dubl etməsi Azərbaycan təmsilçisinin tərəfdarlarını elə ilk dəqiqələrdən ayağa qaldırdı. Qardaşlıq oyununa yaraşan haldı ki, nə "Beşiktaş", nə də "Sabah" tərəfdarları buraxılan qollara qəzəbli və ya məyus halda reaksiya vermirdi. Tribunalardan birində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın plakatının da bir neçə dəqiqə nümayiş etdirilməsi diqqətimizdən yayınmadı. Matç boyunca, demək olar ki, bütün tribunalarda həyəcan davam etdi. Azarkeşlər hər iki komandanın yıxılan və ya zədələnən futbolçusuna eyni mərhəmət hissi ilə reaksiya verirdi.
Matç bitəndən sonra "Beşiktaş" azarkeşləri futbolçularla şəkil çəkdirmək üçün sıraya durdu. Qardaş ölkə təmsilçiləri onların hər birinə xüsusi önəm verərək istəklərini yerinə yetirməyə çalışırdı. Stadiondan çıxarkən halı pisləşən və yerə yıxılan Umut Meraş da diqqətdən yayınmadı. Futbolsevərlər onun durumu haqda məsul şəxslərdən cavab almağa çalışırdı. Umut dərhal təcili tibbi yardımla xəstəxanaya çatdırıldı. Yeri gəlmişkən, "Sabah"dan aldığımız məlumata görə, onun vəziyyəti yaxşıdı və artıq Türkiyəyə dönüb.

Sözügedən oyunda 6 qol vurulsa da, qalib müəyyənləşmədi. Azarkeşlərlə bu haqda söhbət edərkən məlum oldu ki, hesab onları qane edib. "Sülh"ün qardaşlıq matçına yaraşdığını deyənlər bunun təsadüf olduğunu düşünür. Azarkeşlərin fikrincə, hər iki komanda qol şanslarından yararlanmağa çalışıb, lakin bəxt elə "sülh"ün tərəfində imiş.

Bu oyun Azərbaycan futbol tarixində istənilən cəhətdən müsbət əhval-ruhiyyə ilə yadda qaldı. Burda hakim səhvləri, azarkeş intriqası, hesabın qane edib-etməməsi ciddi müzakirə edilmədi. Matçdan sonra sosial şəbəkələrdə də vəziyyət sabit idi. Mübahisə edən, qeyri-etik davranış sərgiləyən, qarşı tərəfi ittiham edənlər yox idi. Həqiqətən bu, bir qardaşlıq matçı idi...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

13-05-2023, 14:0

"Sabah" və "Beşiktaş" rəhbərləri görüşdülər

Manşet

13-05-2023, 19:0

Qardaşlıq matçında "sülh" - YENİLƏNİB

Ölkə futbolu / Manşet

26-03-2023, 22:0

Qardaşlıq oyunu: "Qalatasaray" "Qarabağ"a qalib gəldi - YENİLƏNİB

Ölkə futbolu

12-05-2023, 11:0

"Sabah" - "Beşiktaş" oyununun hakimləri

Maraqlı

9-05-2023, 10:0

"Sabah" – "Beşiktaş" oyununa nə qədər bilet satılıb?

Maraqlı

12-05-2023, 10:0

“Beşiktaş” bu gün Bakıya gəlir

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 231
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə