“Sabah”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Beşiktaş” komandası bu gün Bakıya gələcək.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxacaq.
Saat 15.00-da isə komanda Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.
Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18.00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
“Beşiktaş” bu gün Bakıya gəlir
Maraqlı






