Milan Şkrinyar sıraya döndü

14.03.2023 18:00 257
Dünya futbolu
Milan Şkrinyar zədəsini sağaldıb.

"Football-plus.az" xəbər verir ki, “İnter”in oyunçusu artıq ümumi qrupda məşq edir. Slovakiyalı müdafiəçi Çempionlar Liqasının 1/8 finalının bu gün keçiriləcək “Portu” ilə cavab oyununda iştirak edə biləcək. Portuqaliyadakı matç saat 00.00-da başlayacaq.

Xatırladaq ki, “İnter” ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.