Yarımfinalda “el klasiko” olacaq

16.05.2023 10:52 250
İdman
Basketbol üzrə Avroliqada 1/4 final seriyalarına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Barselona”, “Olimpiakos”, “Real” və “Monako” “4-lər finalı”na vəsiqə qazanıb.

Bu mərhələnin oyunları mayın 19-21-i aralığında Litvanın Kaunas şəhərində keçiriləcək. Mayın 19-da keçiriləcək yarımfinal oyunlarında “Olimpiakos”la “Monako”, “Barselona” ilə “Real” qarşılaşacaq.

Final oyunu isə mayın 21-nə nəzərdə tutulub.