 
Basketbol üzrə Avroliqanın rəhbərliyi 2023-ün və 2024-ün “Dördlər finalı”nın harda keçiriləcəyinə aydınlıq gətirib. 
Football-plusı.az xəbər verir ki, hazırda davam edən mövsümün həlledici oyunları Kaunasda – “Jalgiris Arena” keçiriləcək. 2024-cü ildə isə qaliblər Berlində müəyyənləşəcək. Almaniya paytaxtındakı “Mersedes-Bens Arena” mövsümün ən güclü 4 komandasının son oyunlarına evsahibliyi edəcək. 
Avroliqanın 2022/23 mövsümünün yarımfinal oyunları mayın 19-da, 3-cü yer uğrunda oyun və final isə 21-də keçiriləcək. Berlindəki oyunlar 2024-cü il mayın 24-ü və 26-na planlaşdırılıb. Əslində bu il “Dördlər finalı” məhz Berlində keçirilməliydi. Sadəcə, Almaniyadakı tibbi-sanitar tədbirlər üzündən Belqrad variantı seçildi.