“Monako” 4-cü oldu, “Fənərbaxça” isə...

25.03.2023 22:10 219
İdman
Basketbol üzrə Avroliqada 30-cu turun oyunları arxada qalıb.

Dünən “Valensiya”nı 90:79 hesabıyla məğlub edən “Mobako” turnirin pley-off mərhələsinə vəsiqəni təmin edən 4-cü komanda olub. 30 oyunun 20-də qalib gələn “knyazlar” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Monako”dan yalnız 2 xal geri qalan “Fənərbaxça” da hədəfinə çatmağa yaxındı. Müntəzəm çempionatın sonuna isə 4 tur qalır.

“Football-plus.az” xəbər verir ki, “Monako”ya qədər “Olimpiakos”, “Real” və “Barselona” da pley-offa adlayıb.