“Mançester Siti”nin yeni rekordçusu oldu

26.02.2023 20:30 254
Dünya futbolu
Erlinq Holann “Mançester Siti”nin yeni rekordçusu olub.

Football-plus.az xəbər verir ki, o, premyer-liqanın MS-nin 4:1 hesabı ilə qalib gəldiyi matçında “Bornmut”un qapısına bir dəfə yol tapıb. Norveçli hücumçu cari mövsümdə meydana çıxdığı 24-cü oyunda qollarının sayını 27-yə çatdırıb. Holann bununla Serxio Aqueronun rekordunu arxada qoyub.

Xatırladaq ki, argentinalı sabiq hücumçu premyer-liqanın 2014/15 mövsümündə 26 qol vurmuşdu.