Görəsən, Region Liqası üzrə İşçi qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin bu məsələdən xəbəri olub? "Football-plus.az" saytı olaraq bunu aydınıaşdırmaq üçün onunla əlaqə saxladıq:
"Lənkəran təmsilçisinin heyətində peşəkar müqaviləsi olan futbolçuların yer alması haqda əvvəlcədən xəbərdar deyildik. Ümumiyyətlə, hansısa klubun bizə təqdim etdiyi iştirak ərizəsindən və ya elektron məlumatlardan belə qayda pozuntularını bilmək olmur.
Məsələ üzə çıxandan sonra dərhal tədbir görülür. Necə ki, "Xəzər Lənkəran 42" cəzalandırıldı. Çoxları bizi qınayır ki, niyə komandanı turnirdən uzaqlaşdırmaq əvəzinə texnili texniki məğlubiyyət verilib. Əvvəla onu qeyd edim ki, cəzanı verən AFFA İntizam Komitəsidi. İkincisi, mövcud əsasnaməyə görə belə hal aşkarlanarkən klub turnirdən uzaqlaşdırılmır".

ABDULLA İSMAYILOĞLU