Artıq Misli premyer-liqasında 5-ci turun oyunları keçirilir. 1-ci divizionda isə 2 tur arxada qalıb. Görəsən, Region Liqası nə vaxt başlayacaq? Neçə komandanın iştirakı gözlənilir? Yeni qoşulanlar olacaq?
"Football-plus.az" saytı olaraq bu suallara aydınlıq gətirmək üçün AFFA-ın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq:
"Region Liqası ilə bağlı bütün suallara 1 həftə sonra aydınlıq gələcək. Əlbəttə, yeniliklər olacaq. Bakıda və bölgələrdə yeni yaradılan komandalardan müraciətlər var. İştirakçı sayının çoxalmasında biz də maraqlıyıq. Növbəti həftə bu məsələlərə aydınlıq gələcək".
ABDULLA İSMAYILOĞLU


