Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada İvan Rakitiç qalib gəlib.
“Sevilya”nın xorvat yarımmüdafiəçisi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. O, Nemanya Matiç (Roma), Edmond Tapsoba (Bayer-04) və Federiko Qattini (Yuventus) qabaqlayıb.
Xatırladaq ki, “Sevilya” ilk oyunda “Yuventus”la İtaliyada 1:1 hesabı heç-heçəyə nail olmuşdu.