Avropa Liqasında hamını qabaqladı

29.10.2022 20:33 359
Dünya futbolu
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə “Renn”in oyunçusu Amin Quiri qalib olub. O, Lyuk De Yonq (PSV) , Roberto Navarro (Real Sosyedad) və Omri Altmanı (AEK) qabaqlayıb.

Quiri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Fənərbaxça” ilə oyununda (3:3) 2 qol vurmuş və 1 qolun ötürməsini vermişdi.