Mbappenin tviti 2 günə 16 milyon baxış topladı

13.05.2023 12:58 278
Maraqlı
PSJ və Fransa yığmasının ulduzu Kilian Mbappe ''tvitter''də son paylaşımı ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, ünlü futbolçu ''Ekip'' nəşrinin son yaydığı xəbəri təkzib edib.

Bilindiyi kimi Fransada Ramazan oyunda hakimlərə futbolçuların orucu açması üçün xüsusi olaraq oyunu dayandırmalarına qadağa qoyulmuşdu. ''Ekip'' isə iddia etmişdi ki, guya Fransanın gənclər yığmasının üzvləri bu qərara görə etiraz aksiyası keçirməyə hazırlaşırlar və Mbappe da onları fikrindən daşındırmaq üçün komandanın düşərgəsinə yollanıb.

24 yaşlı hücumçu həmin xəbəri paylaşaraq bunları yazıb:

''Xaiş edirəm, mənim adımı öz ''stori''lərinizdə istifadə etməyin və mənbələrinizi bir daha yaxşı yoxlayın. Xoş istirahətlər''.


Onun artıq 16 milyondan çox baxış sayı var.