Görəsən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək həmin oyunu hansı telekanal canlı yayınlayacaq? Klubun mətbuat xidmətindən məsələnin hələ dəqiqləşmədiyini söylədilər.
"İdman TV"nin direktoru Rövşən Binnətli isə "Football-plus.az" saytına bunları söylədi:
"Bizə nə AFFA, nə də "Sabah"dan rəsmi müraciət daxil olub. Belə oyunları adətən "CBC Sport" yayınlayır. Müraciət olsaydı, yayını üzərimizə götürərdik. Amma nəzərə almaq lazımdı ki, vaxta az qalıb. Düşünürəm ki, "Qarabağ" - "Qalatasaray" matçı kimi, bu oyunu da "CBC Sport" yayınlayacaq".
ABDULLA İSMAYILOĞLU






