“Football-plus.az” xəbər verir ki, amma 34-cü turda Fatih Təkkənin kollektivi “Qalatasaray”ı qəbul edəcək. “İstanbulspor” bu mövsüm, adətən, iddiasız rəqiblərlə 5 mindən də az azarkeş tutumuna malik olan Esenyurtdakı “Nəcmi Kadıoğlu” stadionunda qarşılaşır. Adlı-sanlı rəqibləri isə bilet satışından gəlirlər də nəzərə alınmaqla “Atatürk Olimpiya”da qəbul edir. Amma iyunun 10-da, bilindiyi kimi, bu stadionda Çempionlar Liqasının finalı keçiriləcək. Ona görə də ot örtüyünün yaxşı durumda qalması üçün Türkiyə Futbol Federasiyası artıq bu stadionda oyun keçirilməsini istəmir. Bunu nəzərə alana “İstanbulspor” “Qalatasaray”ı “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafon Park”da qəbul etməyi təklif edib. Amma bu təklif nə federasiya, nə də “Beşiktaş” tərəfindən bəyənilib. Ona görə də istanbulluların “Qalatasaray”a qarşı oyunu hansı meydanda keçirəcəyi hələ də bəlli deyil. Klubun vitse-prezidenti Təkin Aksan həmin matçı hətta “Fənərbaxça”nın meydanında da keçirməyə hazır olduqlarını bildirib:
“Oyunun “Vodafon Park”da keçirilməsi ilə bağlı təklifimizin nə üçün rədd edildiyini bilmirik. Əslində hələ də “Atatürk Olimpiya”da oynamaq istəyirik. Ora bizim üçün ən yaxşı variantdı. Federasiya bizə nə “hə” deyir, nə də “yox”. Bizim dərdimiz fanatlarımızın oyuna gəlməsi və bilet satışından əldə olunacaq gəlirdi. Komandamız fanatların önündə daha inamlı təsir bağışlayır. İcazə versələr, lap Kadıköydə də oynayarıq”.




