"Football-plus.az" olaraq Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcəyindən superliqanın 34-cü turunun oyunları 16-sı, 17-si və 18-də baş tutacaq.
İstanbul nəhəngi bu tur "Qaziantepspor"la qarşılaşmalıydı. Amma bölgə təmsilçisi dağıdıcı zəlzələ üzündən çempionatda iştirakını dayandırdığına görə "Beşiktaş" 34-cü turda istirahət edəcək. Odu ki, Şenol Günəşin Bakıya əsas heyəti gətirəcəyi gözlənilir. Komanda "Sabah"la oyundan bir gün əvvəl ölkəmizdə olacaq.
Tofiq Bəhramov adına Respublika stadionun qarşılaşmaya hazır olub-olmadığını da öyrəndik. Arenanın direktoru Babək Həmidovu dinləyək:
"Stadionumuz oyunu keçirməyə hazırdı. Qazonun vəziyyəti yaxşıdı. Təşkilatçılıqla bağlı əlavə tədbirlər bir neçə gündən sonra başlayacaq".
“Sabah” - “Beşiktaş” oyununun biletləri satışa çıxarılıb. Biletləri “İticket”in və “Tofiq Bəhramov”un kassalarından da əldə etmək mümkündü. Biletlərin qiyməti 5-300 manat aralığında dəyişir. Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə göndəriləcək.
Qeyd edək ki, oyun "İctimai TV" və "İdman TV"də canlı yayınlanacaq.
ABDULLA İSMAYILOĞLU






