“Beşiktaş”ın Azərbaycana səfəri gözlənilir

3.03.2023 14:17 292
Maraqlı
Türkiyənin “Beşiktaş” klubu Azərbaycanda yoldaşlıq görüşü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü təşkil edəcək. “Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönxenqladbax “Borussiya”sı və “Leyptsiq”lə danışıq aparılır.

Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə - 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcək. “Qara qartal” adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoldaşlıq matçı keçirəcək.