Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

26.11.2022 15:50 312
İdman
Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Football-plus.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq.

Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

Yarış hər gün saat 10.00-da başlayacaq, final görüşləri isə saat 16.30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq.

Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək. Tədbir 16.00-da başlayacaq.