Bu gün Antalyada cüdo üzrə “Böyük Dəbilqə” turniri başlayır.
Yarışın birinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayacaq. Kişilər arasında -60 kq. və -66 kq., qadınlar arasında isə -48 kq., -52 kq. və -57 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Bu günün qarşılaşmaları:
Kişilər:
-60 kq. Turan Bayramov - Felipe Dakruz (Livan)
-60 kq. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)
-66 kq. Yaşar Nəcəfov - Adonis Diaz (Amerika)
-66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov isə amerikalı idmançı İsaiah Ramirez ilə Lusian Bors Domitresku arasında olan görüşün qalibi ilə qarşılaşacaq.
Qadınlar:
-48 kq. Şəfəq Həmidova - Andrea Stojadinov (Serbiya)
-48 kq. Leyla Əliyeva - Aliani Kubkarbonnel Julian (Kuba)
-52 kq. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)