“Gəncə”dən inamlı qələbə

25.04.2023 23:30 230
İdman
"Sərhədçi" İdman Mərkəzində sonuncu - 28-ci turun açılış oyunu baş tutub.

“Football-plus.az” xəbər verir ki, ev sahibi "Sərhədçi" komandası ilə region təmsilçisi "Gəncə" arasında keçirilən oyunun yekununda, pley-off mərhələsinə vəsiqəni təmin etmiş gəncəli basketbolçular rəqibləri üzərində 102:85 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Maykl Diqqins - 27 xal, 11 ribaund), "Gəncə BK" (Kollin Törner - 28 xal, 9 asist).