Cokoviç daha iki turnirdə iştirak etməyəcək

13.03.2022 11:35 575
İdman
Dünyanın ikinci raketkası Novak Cokoviç ATP-nin “Masters” seriyalı İndian-Uells və Mayami turnirlərindən çəkildiyini elan edib.

Həmişəki səbəb üzündən: serb tennisçi ABŞ-a giriş vizası ala bilməyib:

“Adımı hər iki turnirdə avtomatik iştirakçılar siyahısına salsalar da, ABŞ-a getməyin real variant olmadığını bilirdim. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qaydaların dəyişmədiyini və bu üzdən ölkədə keçiriləcək tennis turnirlərinə qatıla bilməyəcəyimi təsdiqləyib. Bu gözəı turnirlərdə iştirak edəcək bütün tennisçilərə uğur arzulayıram”.


ABŞ qanunvericiliyi koronavirusa görə peyvənd olunmayan adamların ölkəərazisinə girişini qadağan edir. Peyvənd olunmaqdan qətiyyətlə boyun qaçıran 35 yaşlı Cokoviç isə bu səbəbdən artıq bir neçə turniri, o cümlədən “Australian Open”i də buraxıb.

Srağagün start götürən İndian-Uells turniri martın 21-dək davam edəcək, dərhal sonra başlayacaq Mayamidəki yarış isə aprelin 3-də yekunlaşacaq.