Mövsümü erkən başa vurdu

4.05.2023 21:51 237
Dünya futbolu
Tyaqo Alkantara üçün cari mövsüm erkən başa çatıb.

"Football-plus.az" xəbər verir ki, “The Times” nəşrinin yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi ombasından əməliyyat olunacaq. O, bir müddət əvvəl zədəsini tam sağalda bilməyib. Buna görə iki ay (fevral-aprel) yaşıl meydanlardan uzaq qalıb və əməliyyatdan sonra əlavə müalicə alacaq.

Qeyd edək ki, Tyaqo bu mövsüm premyer-liqada 18 oyun keçirib.