PSJ-də yeni müqavilə

4.05.2023 17:55 225
Dünya futbolu
PSJ kapitanı Markinyosla müqavilənin müddətini uzadacaq.

"Football-plus.az" xəbər verir ki, yeni müqavilənin müddəti 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Bununla bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

28 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb və 2 qol vurub. Braziliya millisinin üzvü komandada 2013-cü ildən çıxış edir.