AFFA-nın təşkil etdiyi kiberidman yarışında premyer-liqanın yalnız 7 iştirakçısı çıxış edəcək. “Qarabağ” bu mövsüm turnirdə mübarizə aparmayacaq. Bunun səbəbini öyrənmək üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi buna ehtiyac duymadıqlarını söylədi:
“Bu, pandemiya dönəmində yaranan ideya idi. Bu səbəbdən də “Qarabağ” E-Milli Liqa yarışlarında təmsil olunurdu. Əslində həmin uşaqların özləri müraciət etmişdilər ki, Ağdam klubunu təmsil edək. Biz də bu səbəbdən razılaşmışdıq. Bu dəfə “Qarabağ” olaraq, turnirdə iştirak etməyə ehtiyac duymadıq. Bunun üçün hansısa məcburiyyət, vaciblik yoxdu”.
İLKİN SULTANLI

