Şahruddinin Türkiyədə yox, Almaniyada əməliyyat olunmasının səbəbi nədi? – AÇIQLAMA

26.01.2023 17:56 470
Premyer-liqa / Manşet
"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Antalyadakı təlim-məşq toplanışında qolu sınıb.

Amma hadisə Türkiyədə baş versə də, 28 yaşlı qolkiper əməliyyat üçün Almaniyaya göndərilib.

“Football-plus.az” saytı olaraq bu seçimin səbəbini öyrənmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Şahruddinin artıq əməliyyat olunduğunu deyən klub rəsmisi mövzu ilə bağlı qısaca bunları söylədi:

"Qərar əməkdaşlarımız tərəfindən dəqiq müzakirələrdən sonra yekdilliklə qəbul olunub. Almaniyada bizim üçün daha uyğun şərtlər var idi".


Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan təcrübəli qapıçı təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

KƏNAN BAHADUR