Yığmanın çalışdırıcısı “Football-plus.az”a açıqlamasında ilk görüşlə bağlı fikirlərini bölüşüb:
“Maraqlı, gərgin, yaxşı mübarizə oldu. Rəqib zəif deyil, son dünya çempionatının finalçısıdı. Buna baxmayaraq, millimiz pis oynamadı, qol imkanlarımız da oldu. Hədəfimiz kuboku qazanmaqdı. Zəif cəhətləri aradan qaldırıb məqsədə çatmaq üçün çalışacağıq. Növbəti oyunlarda daha yaxşı oynaycağıq. Bizi dəstəkləməyə gələn azarkeşlərə sonsuz təşəkkür edirik. Belə ab-havada oynamaq çox xoş idi”.
RƏŞAD





