Millimiz İtaliyanı məğlub etdi - YENİLƏNİB

2.05.2023 22:11 442
İdman
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutub.

A və B qruplarında əvvəlcə 2-ci turun matçları oynanılıb. Eyni zamanda, hər qrupda 3-cü turun da bir görüşü təşkil edilib. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirib.

A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxıb. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirib.

Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu


12.30. İtaliya – Gürcüstan 2:4

15.30. Serbiya – Çexiya 2:2

20.30. Azərbaycan – İtaliya 2:0

B qrupu

11.00. Türkiyə - Ukrayna 2:3

14.00. Qazaxıstan – CAR 1:5

19.00. Türkiyə - Fransa 0:4