Məşqçi dəyişikliyindən sonra işləri qaydasında getməyən ''Bavariya'' yenə qalmaqalla gündəmdədi. Bilindiyi kimi Çempionlar Liqasında ''Mançester Siti''yə qarşı oyundan sonra Sadio Mane Leroy Sanenin üstünə hücum çəkərək onun dodağını partlatmışdı.
"Football-plus.az"ın məlumatına görə, bu dəfəki qalmaqal Münhen nəhənginin fransalı müdafiəçisi, uzun müddətdi zədəsini sağaltmaqla məşğul olan Luka Ernandesin şəxsi həyatı ilə bağlıdı.
Belə ki, futbolçunun həyat yoldaşı Ameliya Lyorente onun xəyanətini ifşa edib. Bu xanım Ernandesin onu italiyalı model və aktrisa Kristina Buççino ilə aldatdığını ictimaiyyətə açıqlayıb! Fransa yığmasının üzvü ilə bu xanım arasında eşq macərasının olması barədə iddialar daha öncə də mətbuatda ortaya atılmışdı. Amma həmin vaxt Lyorente buna reaksiya bildirməmişdi. Görünür, xanımın səbr kəsəsi artıq dolub.
İspaniyalı bu xanım srağagün ''instaqram'' səhifəsinin hekayə bölümündəki paylaşımında sərt sözlər ifadələr işlədib: