• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” derbi ərəfəsində xal itirdi, “Fənərbaxça” evdə yenə debütanla bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu / Reportaj

28-04-2023, 23:0

Tur çox məhsuldar alındı və bir-birindən sürpriz nəticələrə səhnə oldu. 7 oyunda qapılara 37 qol vuruldu. Orta hesabla hər oyuna 5,2 qolun vurulduğunu nəzərə alsaq, mövsümün ən məhsuldar turunu geridə qoyduq.

"Football-plus.az" xəbər verir ki, şənbə günü “Beşiktaş” debütant “Ümraniyəspor”la səfər oyununda ciddi problem yaşamadı. Hər hissədə bir qol vuran İstanbul nəhəngi rahat qələbə qazandı. Məğlubiyyətsiz seriyanı 9 oyuna çatdıran Şenol Günəşin komandası növbəti tur “Qalatasaray”a qarşı prinsipial derbiyə yüksək əhval-ruhiyyədə hazırlaşacaq. Onu da bildirək Günəş debütantlara qarşı ardıcıl 13-cü oyunda məğlubiyyət acısı yaşamadı (12 qələbə, 1 heç-heçə).

Mahir Emreli ötən tur həm “Konyaspor”da, həm də Türkiyə çempionatında qol hesabını açsa da, bu dəfə gözlənilmədən ehtiyatda qaldı. Düzdü, yığmamızın üzvü artıq ilk yarıda meydana çıxdı və “Konyaspor” da qələbə qolunu məhz bundan sonra vurdu. Turun ən məhsuldar oyunu Adanada keçirildi. “Adana Dəmirspor”un “Kayserispor”u 5:3 hesabıyla yendiyi oyunda ilk hissədə 7 top vuruldu! Bu, turnirin rekordunun təkrarı deməkdi. Daha öncə 2003-ün martında “Beşiktaş” – “Göztəpə” (7:3) və 1989-un martında “Əskişəhərspor” – “Fənərbaxça” (2:7) oyunlarında ilk hissədə 7 qol vurulmuşdu. Onu da bildirək ki, Adana təmsilçisi xalını 57-yə çatdırmaqla şəxsi rekordunu yenilədi. Bazar gününün son oyununda dekabrdan bəri səfərdə uduzmayan “Fatih Karagümrük” lider “Qalatasaray”ın qonağı oldu. Okan Buruk gələn tur derbi olduğunu nəzərə alaraq, zədəsini yenicə sağaldan İkardini ehtiyatda saxladı. İstanbul nəhəngi artıq 3-cü dəqiqədə hesabı açsa da, sonrakı dəqiqələrdə əsl kabus yaşadı. “Cim-Bom” ilk yarının ortalarında 12 dəqiqə aralığında 3 qol buraxdı! Halbuki “sarı-qırmızılar” buna qədər cari mövsüm çempionatda bir oyuna maksimum 2 top buraxmışdılar. Üstəlik Dianyenin qolu “Aslan”ın evdəki qol buraxmamaq seriyasının 376-cı dəqiqədə qırılmasına səbəb oldu. Amma meydan sahibləri toparlanmağı bacardılar. Oliveyra fasilə ərəfəsində penaltidən fərqlənərək fərqi minimuma endirdi. 1 saatın tamamında meydana çıxan İkardi 7 dəqiqə sonra fərqlənmək üçün gözəl fürsət yaxaladı. Amma onun penaltidən uğursuz “Panenka zərbəsi” zamanı top müqavilə ilə məhz “Qalatasaray”a məxsus olan qapıçı Batuhan Şənin qucağına gəldi. Bununla belə, İstanbul nəhəngi məğlubiyyətdən qurtuldu. Sağ cinah müdafiəçisi Boe 39-cu çempionat oyununda ilk qolunu vurdu. “Qalatasaray”ın evdəki 10 oyunluq qələbə seriyası, eləcə də İstanbul klublarına qarşı 9 oyunluq qələbə seriyası qırıldı.

Bazar ertəsinin ilk iki oyununda qonaqlar sevindi. “Girəsunspor”un qapıçısı Onurcan Pirinin hərəkəti müzakirələrə səbəb oldu. “İstanbul BŞ” ilə ev oyununda artıq ilk hissədə 4 qol buraxan 28 yaşlı qapıçı öz fanatları tərəfindən fitə basıldığı üçün baş məşqçiyə oynamaq istəmədiyini dedi və fasilədə əvəzləndi. “Sivasspor”a uduzan “Antalyaspor”un evdəki 5 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. “Qalatasaray”ın xal itirməsindən sonra gözlər “Fənərbaxça”ya yönəlmişdi. Evdə debütant “İstanbulspor”la qarşılaşan Jorje Jezuşun komandası üçün xal fərqini 4-ə endirmək baxımından gözəl fürsət yaranmışdı. Hətta növbəti tur “Qalatasaray”ın derbidə də xal itirmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, “Fənər” cəbhəsi çox ümidlənmişdi. İlk 55 dəqiqə “sarı-lacivərdlilər”in istədiyi ssenari ilə keçdi. Komanda inamlı təsir bağışlayırdı və gənc ulduz Arda Gülərin dublu sayəsində 2 topluq üstünlük yaxalamışdı. Adətən, belə vəziyyətlərdə autsayder rolunda olan rəqiblər taleyi ilə barışaraq “ağ bayraq qaldırır”. Amma Fatih Təkkənin çalışdırdığı “İstanbulspor” bu durumla barışmaq istəmədi. Qonaqlar makedoniyalı Etheminin dublu sayəsində bərabərliyi yaxaladı. Ötən tur “İstanbul BŞ” ilə matçın qəhrəmanı olan Pedro bu dəfə də fərqlənərək yenidən “Fənər”i hesabda önə keçirdi. Amma qonaqlar bu qola da cavab tapdılar! Əsas vaxta artırılan 6-cı dəqiqədə nigeriyalı Eze “Ülkər”ə toplaşmış 40 mindən çox fanatı şoka saldı. Beləcə “Fənər” qızıla bərabər 2 xal itirərək “Qalatasaray”a yaxınlaşmaq fürsətini əldən verdi.

Turun rəqəmi
3 – “Fənərbaxça”nın bu mövsüm bəzi matçlardakı performansına izah tapmaq çətindi. Komanda evdə prinsipial rəqiblərdən “Qalatasaray”la “Beşiktaş”a uduzması azmış kimi, 3 debütantdan ikisini məğlub edə bilmədi! “İstanbulspor”dan başqa 1-ci turda “Ümraniyəspor”la oyun da 3:3 hesabı ilə bitmişdi. Bura iddiasız “Girəsunspor”la oyundakı məğlubiyyəti (1:2) də əlavə etmək olar. Debütantlardan bu mövsüm evdə yalnız “Ankaragücü”nü yenmək mümkün oldu (2:1). Buna qədər “Fənər”in evdə 2 debütantın hərəsindən 3 qol buraxdığı mövsüm olmamışdı! Onu da bildirək ki, “sarı-lacivərdlilər” ilk “9-luq”da doğma meydanda ən çox (23) qol buraxan komandadı.

Turun ulduzu
Fabio Borini (Fatih Karagümrük) – təcrübəli italiyalı forvard 14 illik peşəkar karyerasının ən yaxşı mövsümünü keçirir. “Qalatasaray”a səfərdə 2 qol vuran 32 yaşlı futbolçu bu mövsüm 27 superliqa oyununda 19 qol, 8 məhsuldar ötürməlik performans sərgiləyib. Hazırda o, bombardirlər yarışında 2-ci pillədə qərarlaşıb. Yeri gəlmişkən, Borini artıq indidən turnirin tarixində bir mövsümdə ən çox qol vuran italiyalı futbolçu statusunu qazanıb. Baxmayaraq ki, “futbol ili”nin bitməsinə hələ 8 tur var. Əvəlki rekord ötən mövsüm “Adana Dəmirspor”un heyətində 18 qol vuran Balotelliyə məxsus idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-11-2022, 14:0

İkardi Droqbadan sonra ''Qalatasaray''da bunu bacaran ilk əcnəbi oldu

Dünya futbolu

15-03-2022, 19:0

"Qalatasaray'' 1962-dən bu yana ilk dəfə…

Dünya futbolu

20-04-2023, 19:0

''Fənərbaxça'' geridönüşlərin kralıdı

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Dünya futbolu

9-05-2022, 21:0

''Beşiktaş'' ev derbilərində məğlubedilməzdi

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
Daha çox
Oxunub: 195
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə