Plakatda siyasi mesaj, təhqir və bu kimi çağırış olmasa da, AFFA nümayəndəsi onun yığışdırılmasını üstün tutdu.
"Football-plus.az" olaraq bunun səbəbini aydınlaşdırmaq üçün "Şamaxı"nın mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq:
"Elman bəyin plakatla bağlı addımı bizə həm qəribə, həm də maraqlı gəldi. Çünki həmin plakatın üzərində söyüş, təhqir, təxribat, siyasi mesaj yox idi. Bunun səbəbini AFFA nümayəndəsindən soruşdum. Dedi ki, istənilən baner, plakat icazə almaqla açılmalıdı və bizə də belə göstəriş verilib. Elman bəyin bu açıqlamasından sonra müdaxilə edə bilmədik. Çünki oyun AFFA nümayəndəsinin təşkilatçılığıyla keçirilir. Buna rəğmən, etirazımızı bildirdik. Həmin plakatı qaldıran 60-70 yaşlı biri idi. Bu yaşda azarkeşi stadiondan, futboldan soyutmaq heç də yaxşı hal deyil".
ABDULLA İSMAYILOĞLU





