“Şamaxı”nın əməkdaşı sevincdən hesabı dəyişməyi unudub - AÇIQLAMA

3.03.2023 11:47 267
Premyer-liqa
Misli premyer-liqasının 24-cü turunun "Şamaxı" - "Sabah" qarşılaşmasının 4-cü uzatma dəqiqəsində Amil Yunanov penaltidən fərqlənib hesabı 2:1-ə çatdırsa da, tabloda rəqəmlər 1:1 qaldı.

"Football-plus.az" olaraq, bu nasazlığın səbəbini öyrənmək üçün klubun mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq:

"Tablomuzda heç bir problem yoxdu. Görünür, əməkdaşımız hesabı dəyişməyi unudub. Yəqin qoldan sonra sevincinin həddi-hüdudu olmayıb, matçı həyəcanla izləyib".