“Şamaxı”nın küsülüləri barışıb? - AÇIQLAMA

24.02.2023 12:48 277
Ölkə futbolu
Premyer-liqanın 23-cü turunun "Kəpəz" - "Şamaxı" qarşılaşmasının 27-ci dəqiqəsində "şirlər"in heyətində qapıçı Rəşad Əzizliylə müdafiəçi Cəlal Hüseynov arasında narazılıq yaşandı.

Football-plus.az xəbər verir ki, futbolçular bir-birini itələdi. Ardınca komanda yoldaşları onları ayırdı. Məsələyə aydınlıq gətirmək üçün “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq:

"Orda topa çıxmaqla bağlı anlaşılmazlıq yarandı. Bu üzdən aralarında mübahisə baş verdi. Tezliklə də bunun qarşısı digər futbolçular tərəfindən alındı, məsələnin daha da böyüməsinə imkan verilmədi. Hər iki futbolçu da elə stadionda barışaraq qucaqlaşdılar".


ABDULLA İSMAYILOĞLU