Zanetti Azərbaycana gəlir

24.04.2023 23:38 245
Dünya futbolu
Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə sabiq müdafiəçi özü "instaqram" səhifəsi vasitəsilə paylaşımında bildirib.

Hazırda İtaliyanın “İnter” klubunun vitse-prezidenti vəzifəsini yerinə yetirən 50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.