"Sumqayıt" millinin üzvü ilə yollarını ayırdı

24.05.2022 22:15 538
Premyer-liqa
Tellur Mütəllimov "Sumqayıt"dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü bu barədə İnstaqram səhifəsindəki paylaşımında bildirib. O, ayrılığı ilə bağlı yazıb:

"Çətin olsa da, deməliyəm ki, 2 ildir ki uğurları üçün çalışdığım "Sumqayıt" klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər".


Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul