Argentina yığmasının Meksika üzərində qələbəsi (2:0) Xavyer Zanettini çox sevindirib.
Milli komandanın sabiq müdafiəçisinin oyunla bağlı fikirləri belə olub:
“Stadionda idim, komnadamıza dəstək verirdim. Nəticədən çox razıyam. Bu qələbə bizə çox lazım idi. İndi Polşa ilə oyuna hazırlaşırıq. Bu komandanın çox güclü oyunçuları var. Amma Argentina Polşanı məğlub edəcək. Buna əminəm”.