"Azərbaycana təşəkkür edirəm" - İkardi

27.03.2023 11:24 216
Aktual
"Qalatasaray"ın futbolçusu Mauro İkardi "Qarabağ"la dünən Bakıda keçirilən xeyriyyə matçı haqda fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, qələbə qolunu vuran argentinalı hücumçu İnstaqram hesabındakı paylaşımında bu matçın keçirilməsi üçün Azərbaycana təşəkkür edib:

"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram".


Xatırladaq ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.