“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL

17.05.2022 12:35 1 057
Aktual / Manşet / Günün xəbəri
Bir neçə gün öncə Bakıda İspaniyada fəaliyyət göstərən “Antiguoko” Futbol Akademiyasının filialının fəaliyyətə başlayacağını xəbər vermişdik.

Bu məlumatı akademiyaya rəhbərlik edəcək əməkdar məşqçi, A kateqoriyasına malik Zamin Əsədullayevdən almışdıq.

Artıq akademiyanın açılış tarixi də müəyyənləşib. Zamin bəydən aldığımız bilgiyə görə, “Antiguoko”nun Bakıdakı filialının qırmızı lenti mayın 24-də kəsiləcək:

“Açılış mərasimini mayın 24-nə planlaşdırmışıq. Tədbirə fəxri qonalar dəvət olunub. Onların arasında 2020-ci ilə qədər “Barselona”nın vitse-prezidenti postunu tutan Emiliyo Rosad Peres, “Antiguoko”nın prezidenti Edorta Saluqu da olacaq. Azərbaycan – İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev da fəxri qonaqlar arasında yer alacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, bu akademiya məhz Fərid bəyin təşəbbüsü ilə ölkəmizdə fəaliyyətə başlayacaq. Gənclər və İdman Nazirliyinin və AFFA-nın rəsmiləri də tədbirə dəvət olunub”.


Sonda onu da xatırladaq ki, “Antiguoko” Futbol Akademiyasının yetirmələri arasında bir çox tanınmış futbolçular olub. Xabi Alonso, Mikel Arteta, Xavyer de Pedro və İurie Berçiçe kimi tanınmışlar futbolun sirrlərinə məhz “Antiguoko”da yiyələniblər. “Real Sosyedad” və Bilbao “Atletiko”sunun şərəfini qoruyan və vaxtilə İspaniya millisində forma geyinən bir çox tanınmışlar da akademiyanın yetirmələri arasındadı.

RƏŞAD