Bu gün "Neftçi"nin "Bakcell Arena"da məşqi keçirilib.
"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesindən sonra klub rəhbərliyi ilə baş məçqçi Laurentsiu Regekampf görüşüb. Onlar rumın mütəxəssisə xəbərdarlıq edib.
Rəhbərlik "Turan Tovuz"u Azərbaycan kubokunda keçməyin baş məşqçinin komandada qalması üçün son şansı olduğunu diqqətə çatdırıb. Mütəxəssis kollektivə inandığını, finala yüksələcəklərini, hətta yekunda qalib olacaqlarını bildirib.
İLKİN SULTANLI