"Neftçi" rəhbərliyi bu şəxsə sonuncu xəbərdarlığını etdi

10.12.2022 12:20 1 896
Premyer-liqa / Manşet
Azərbaycan kubokunun 1/4 finalının ilk görüşündə "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Football-plus.az xəbər verir ki, bu nəticə rəhbərliyin xoşuna gəlməyib. Klub rəsmiləri, əsasən də Müşahidə Şurasının üzvü Zaur Qəhramanov Laurentsiu Regekampa xəbərdarlıq edib. Mesaj açıq-aşkar və aydın olub:

"Kubokda mərhələ keçməsən, səninlə yollar ayrılacaq"


Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

İLKİN SULTANLI