Azərbaycan kubokunun yarımfinalının cavab matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, "boz qurd" bu görüşə xüsusi hazırlaşır. Tovuz təmsilçisinin sponsoru olan "Huner Group" rəhbərliyi futbolçulara finala adlayacaqları təqdirdə mükafat vəd edib. Əldə etdiyimiz məlumata görə, şirkət rəsmiləri əsas heyət üzvlərinə 5 min manat mükafat verəcək.
Qeyd edək ki, Tovuzda keçirilən ilk oyunda Ayxan Abbasovun komandası "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü aprelin 26-da baş tutacaq.
İLKİN SULTANLI