“Milan” onu qorumağa çalışacaq

24.04.2023 19:58 369
Dünya futbolu
Mayk Menyanın “Milan”da daha uzun müddət çıxış etmək şansı var.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu onu qorumağa çalışacaq. Rəhbərlik fransalı qapıçı ilə müqaviləni yeniləməyi planlaşdırır. Maykın mövcud müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Jurnalist Nikolo Skiranın məlumatına görə, Menyanın illik məvacibi 3 milyon avrodan 5 milyona qədər artırılacaq.