Deyəsən, Niderland - Danimarka matçının (4:2) Kristian Eriksen üçün əlamətdar olması “Brentford” rəhbərliyini ümidləndirib.
Xatırladaq ki, AÇ-2020-nin qrup mərhələsinin iyunun 12-də keçirilən Danimarka – Finlandiya matçının (0:1) ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, “İnter” Kristianla müqaviləni pozmalı olmuşdu.
Qışda “Brentford”la 6 aylıq müqavilə bağlayan danimarkalı yaşıl meydana qayıdışından sonra ilk qolunu Niderlanda qarşı yoldaşlıq matçında vurmuşdu. Bu, həm də 30 yaşlı yarımmüdafiəçinin 9 aylıq fasilədən sonra milli formadakı ilk oyunu olmuşdu. İndi “Brentford” Kristianla müqavilənin müddətini artırmağı planlaşdırır. Rəhbərlik bu addımı həm də onun başqa klublara yollanmasının qarşısını almaq üçün atmağı vacib sayır.
Klubu Erikseni qorumağa çalışacaq
Dünya futbolu

