Pedri ilə Dembele sıraya döndülər

21.04.2023 20:51 290
Dünya futbolu
“Barselona”nın iki oyunçusu zədədən qurtulub.

"Football-plus.az" xəbər verir ki, Pedri ilə Usman Dembele artıq ümumi qrupda məşq etməyə başlayıblar. Onların La Liqanın “Atletiko” ilə növbəti oyununda meydana çıxmaq şansı var. “Barselona” paytaxt komandası ilə aprelin 23-də öz meydanında qarşılaşacaq.