“Barselona”nın zədəli oyunçuları ilə bağlı növbəti məlumatlar yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Marka” qəzetinin xəbərinə görə, Pedri Lopes La Liqanın aprelin 23-də “Atletiko” ilə keçiriləcək oyununda iştirak edə bilər. Fevralın 16-da zədələnən yarımmüdafiəçi yüngül məşqlərə başlayıb.
Usman Dembele isə yaşıl meydana aprelin sonunda qayıdacaq. Yanvarın 28-də zədə alan fransalı vingerin gələn həftədən ümumi qrupda məşqə başlayacağı məlum olub. O, böyük ehtimalla arelin 26-na təyin olunan “Rayo Valyekano” ilə matçda iştirak edə biləcək.