• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diviziondakı bütün klublar premyer-liqa üçün müraciət edib - MÜSAHİBƏ

1-ci liqa / Manşet / Müsahibə

19-04-2023, 22:0

Hazırda ölkə futbolunun gündəmini bir sual zəbt edib: premyer-liqasını hansı komanda tərk edəcək və onu kim əvəzləyəcək?

Əslində sualın ikinci hissəsi bəllidi. “Araz Naxçıvan” premyer-liqaya vəsiqəni təmin edib. Qalıb Lisenziyalaşdırma Komitəsi bunu təsdiqləməsi. Görəsən, qərar nə vaxt açıqlanancaq? Növbəti mövsümdən 1-ci divizionda da 10 klub mübarizə aparacaq. Aşağı dəstəyə hansı meyarlara uyğun kollektivlər buraxılacaq? Suallara aydınlıq gətirmək üçün Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq.

- Lisenziyalaşdırma Komitəsi premyer-liqaya gələcək komanda ilə bağlı nə vaxt qərar verəcək?
- Mayın 15-də bütün suallara cavab veriləcək.

- 1-ci diviziondan neçə klub premyer-liqada iştirak üçün sizə müraciət edib?
- Bunu artıq bir neçə dəfə açıqlamışam. 1-ci divizionda çıxış edən bütün klublar premyer-liqada oynamaq istəyir.

- Klublarda hansı meyarlarla bağlı problemlər var?
- Bu bir qədər geniş sualdı. Biz qərarı açıqlayandan sonra məsələyə tam aydınlıq gətirə bilərik. Ümumiyyətlə, bunu heç vaxt ictimaiyyətə açıqlamırıq. Sadəcə, qərarı məktub vasitəsi ilə klublara göndəririk. Divizon təmsilçiləri sonradan qərarı ictimaiyyətə açıqlaya bilər. Burda hansısa məhdudiyyət yoxdu. Lakin istəməsələr, açıqlamırlar. Klublar fəaldı. Hələ ki vaxt var.

- Ola bilərmi ki, 1-ci diviziondan iki klub lisenziya şərtlərinə uyğun gəlsin. Buna əsasən də İcraiyyə Komitəsinə müraciət edəsiz ki, premyer-liqada klub sayı artırılsın?
- Bəli, belə hal ola bilər. Çünki bütün klublar premyer-liqada iştirak üçün müraciət edib. Lakin belə hal baş versə, Lisenziyalaşdırma Qrupu İcraiyyə Komitəsinə müraciət etməyəcək. Bizim işimiz lisenziyala ilə bağlıdı. Konkret hansı klubların UEFA, hansının premyer-liqa standartına uyğun olduğunu bəlli edirik. Digər məsələlər isə İcraiyyə Komitəsinin səlahiyyətindədi. Bura premyer-liqa və 1-ci divizionda iştirakçı sayı, tərkibi daxildi. Amma bizim yox, klubların və PFL-in müraciətinə əsasın komandaların sayının artırılmasına baxıla bilər.

- “Araz Naxçıvan" həm əvəzedici , həm də U-19 komandasını Bakıda məskunlaşdırmaq niyyətindədi. Bu, qaydalara zidd deyil?
- Xeyr! Heç bir pozuntu yoxdu. Çünki qaydalarda qeyd olunub ki, akademiya Azərbaycanın ərazisində yerləşməlidi.

- 1-ci diviziona 4 klubun yüksəlməsi gözlənilir. Orda hansı meyarlar mövcuddu?
- Maraqlı sualdı. Amma cavabı uzundu. Prosesi qısaca sizə izah edim. İcraiyyə Komitəsinin son iclasında qərar verilib ki, 1-ci divizionun iştirakçıları lisenziyalaşdırma prosesinə cəlb olunsun. Lakin bu, növbəti mövsümdən qüvvəyə minəcək. Çünki bu məsələ ilə bağlı qaydalar yox idi. Yəni Lisenziyalaşdırma Qrupu olaraq, bu prosesə qaydaları hazırlamaqla qoşulmuşuq. Lakin klublarla əlaqəmiz yoxdu. Yəni bu mövsüm də ötən il olduğu kimi 1-ci divizion iştirakçılarını PFL müəyyənləşdirəcək. Bu məsələlərlə PFL məşğul olur. Klublar bizimlə əlaqə yaradır. Biz də onları PFL-ə yönəldirik. Amma qaydaların hazırlanması prosesi gedir. PFL ilə müntəzəm məsləhətləşirik. Çünki məşqçilərin təsnifatlanması prosesi gedir. Bundan başqa, növbəti mövsüm üçün qüvvəyə minəcək sənədlər, demək olar ki, hazırdı. Bunu rəhbərliyə təqdim edəcəyik. PFL də bundan xəbərdardı. Demək olar ki, həmin standartlara uyğun klubları seçirlər. Bunu da qeyd edim ki, 1-ci divizionda çıxış edən klublar hətta premyer-liqa üçün iddiasız olsalar da, bu şərtləri yerinə yetirməli olacaqlar. Onlar 5 meyar üzrə sənədləri bizə təqdim etməlidi. Belədə divizionun da səviyyəsində yüksəlmə olacaq. Meyarları yerinə yetirdikcə onların da peşəkarlaşması sürətlənəcək. Eyni zamanda, premyer-liqada sonuncu olan komanda birbaşa 1-ci divizionda iştirak etmək üçün lisenziya ala bilməyəcək. Gərək burdakı meyarlara da uyğun gəlsin.

- Aşağı dəstədə iştirak etmək istəyən klubların daha çox maliyyəsinə, yoxsa infrastrukturuna fikir veriləcək?
- Cari mövsüm üçün bu sualı PFL-ə versəz, daha yaxşı olar. Lisenziyalaşdırma prosesi baş tutandan sonra, yəni növbəti mövsümdən PFL tərəfindən tərtib olunan Əsasnaməyə istinad edəcəyik. Qurum divizionda iştirak etmək üçün hansı tələbləri istəyirsə, biz də ona uyğun kollektivlərdən stadionların adını istəyəcəyik. PFL desə ki, bu arena qane edir, biz də həmin kollektivə “ok” verəcəyik. Maliyyə məsələsində isə bir az güzəşt edəcəyik. Bir qədər aşağı standarlara uyğun sənədlər tələb edəcəyik. Burda əsas əminlik gəlirin hardan olması ilə bağlıdı. Yəni klub maliyyə balansını açıqlamalıdı. Bundan başqa, digər klublara, AFFA-ya, PFL-ə, öz işçilərinə borcun olmaması ilə bağlı sənəd tələb edəcəyik. Bunlardan hansı vacibdi? Əlbəttə, ikisi də. Ümumiyyətlə, lisenziyalaşdırma prosesi elə qurulur ki, klub A dərəcəli meyarların birini yerinə yetirə bilməsə, lisenziya ala bilmir.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə / Günün xəbəri

10-03-2022, 18:0

Premyer-liqa üçün lisenziya alan klubların adı mayda açıqlanacaq - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

12-11-2022, 12:0

Region Liqasından 1-ci diviziona adlamaq üçün lisensiya lazım deyil

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 258
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 200
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə