“Zirə”nin futbolçusu üçün mövsüm erkən bitdi – AÇIQLAMA

18.04.2023 15:36 376
Ölkə futbolu
"Zirə" - "Səbail" qarşılaşmasında meydan sahiblərinin heyətində 68-ci dəqiqədə meydana çıxan Filipe Paxtman cəmi 17 dəqiqə oynadı. Braziliyalı 85-ci dəqiqədə zədələnərək Dmitrios Çantakiasla əvəzləndi.

Hücumçu cari mövsümdə artıq 3-cü dəfədi xəsarət alaraq oyunu tərk edir. Görəsən, hazırda onun durumu necədi? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Filipe Paxtmanın son oyunda aldığı zədə ciddidi. Braziliyalı üçün mövsüm bitib".


ABDULLA İSMAYILOĞLU